“Miss Universe Latina” müsabiqəsində dramatik hadisə baş verib. Kuba əsilli amerikalı iştirakçı Laura Peres təxminən üç metr hündürlükdən birbaşa səhnəyə yıxılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, insident “Jump for the Crown” adlı qeyri-adi mərhələdə baş verib. Qaydalara əsasən, iştirakçılar tavana bərkidilmiş təhlükəsizlik kəndiri ilə platformadan tullanmalı və havada asılmış tacı tutmalı idilər. Təşkilatçılar tapşırığın çeviklik və cəsarəti yoxlamaq üçün hazırlandığını iddia ediblər.
Peres birinci atlayıb. Ancaq təhlükəsizlik sistemi uğursuz olub. Qız möhkəm zərbə ilə səhnəyə yıxılıb.
Onun yanına ilk gələn müsabiqənin aparıcısı, aktrisa və teleaparıcı Jaski Brakmont olub. Aparıcının sözlərinə görə, yıxılandan sonra dəhşətli görünən Peres ağlayıb.
Veriliş reklamlar adı ilə dərhal dayandırılıb. Bundan sonra təşkilatçılar mərhələnin qalan hissəsini ləğv etmək qərarına gəliblər. Səbəb isə iştirakçıların təhlükəsizliyi ilə bağlı narahatlıq olub.
Laura Peresin vəziyyəti hələ ki, açıqlanmır. Onun xəsarətlərinin miqyası məlum deyil. Bununla belə, insident olmasına baxmayaraq, münsiflər onun adını səkkiz finalçı siyahısına daxil ediblər.
Hadisə sosial mediada qəzəbli reaksiyaya səbəb olub. Bir çox istifadəçi təşkilatçıları təhlükəli mərhələ keçirdiklərinə görə tənqid edib. Digərləri bunun nəzarətdən çıxan bir "PR stunt" ola biləcəyini söyləyib.