İctimai nəqliyyatda cibgirlik edən KAMERALARA DÜŞDÜ
23 aprel 2026 15:54 (UTC +04:00)

İctimai nəqliyyatda cibgirlik edən KAMERALARA DÜŞDÜ

0

Nəsimi rayonunda bir nəfər polisə müraciət edərək ictimai nəqliyyat vasitəsindən istifadə edən zaman cibində olan “Iphone” markalı mobil telefonunun talandığını bildirib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cibgirlik əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Şəmsi Məmmədov müəyyən edilərək saxlanılıb. Onun Yasamal rayonu ərazisində də analoji əməllər törətdiyi məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar