İt sahibi ilə universitetə getdi:  DİPLOM ALDI  - VİDEO
05 iyun 2023 17:23 (UTC +04:00)

İt sahibi ilə universitetə getdi: DİPLOM ALDI - VİDEO

Seton Hall Universitetində (Nyu Cersi, ABŞ) keçirilən buraxılış mərasimi xüsusi və yaddaqalan olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, pedaqogika üzrə bakalavr dərəcəsini uğurla başa vuran tələbə Qreys Mariani qeyri-adi müşayiəti olan Justin adlı iti ilə oradakı hər kəsin diqqətini çəkib.

Bu, təsadüfi deyil. Çünki Castin terapiya ilə məşğul olan itdir və Qreysi dərsə həmişə müşayiət edib. Castin bütün mühazirələrdə iştirakına görə fəxri diplomla təltif edilib.

Qreys planlarını bölüşüb və Castinin gələcək peşəkar fəaliyyətində onun sadiq yoldaşı olaraq qalacağını bildirib. O, ibtidai və xüsusi siniflərdə müəllim işləmək niyyətindədir.

# 2403
avatar

Fidan İlqar

Oxşar yazılar