Ukraynanın İvano-Frankivsk şəhərində bir kişi özünü yandırıb və küçədə gəzib.
Lent.az yerli mediaya istinadla bildirir ki, sosial şəbəkələrdə bu dəhşətli hadisənin videosu yayılıb.
Yayımlanan görüntülərdə küçədə yanan adamın getdiyi, yoldan keçənlərin qorxu və heyrətlə “canlı məşəl”ə baxdığı görünür.
Bir neçə dəqiqədən sonra şahidlər yerə yıxılan kişinin paltarındakı alovu söndürə biliblər.
Qeyd olunub ki, benzin tökərək, özünü yandıran şəxs sağdır. O, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Bu faktın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.