Pərviz Yunusov yol polisini vurub boynunu sındırdı - HADİSƏ ANI  - YENİLƏNİB
08 sentyabr 2023 17:25 (UTC +04:00)

Pərviz Yunusov yol polisini vurub boynunu sındırdı - HADİSƏ ANI - YENİLƏNİB

Moskvada yol polisini avtomobillə vurub xəsarət yetirən şəxs üzr istəyib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisəni törədən şəxsin Moskva sakini 35 yaşlı Pərviz Yunusov olduğu müəyyənləşib. O, üzr videosu paylaşaraq, xəsarət alan yol polisinə şəfa diləyib və hüquq-mühafizə orqanlarından onu anlayışla qarşılamalarını istəyib.

3 övladı olan kişinin sözlərinə görə, Peçatnikiyə atasını görməyə gedirmiş. Maşını idarə edərkən qarşısındakı avtomobil qəfil dayanıb və bu səbəbdən o, sükanı döndərərək sağa hərəkət zolağı dəyişmək məcburiyyətində qalıb. Bu zaman o, yol polisi əməkdaşını vurub, bundan sonra hadisə yerindən qaçıb. Sürücü hadisədə özünü təqsirli bilərək, zərərçəkmişlə barışacağına ümid etdiyini dilə gətirib.

***
Saat: 12:20

Moskvada sürücü avtomobillə yol polisi müfəttişini vurub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə ötən gecə Volqoqradski prospektində baş verib. 

Yol polisi müfəttişi hərəkətli magistral yola çıxıb və onu qara rəngli “Volkswagen Jetta” vurub. Avtomobilin sürücüsü dayanmayıb və naməlum istiqamətdə gedib.

Yol müfəttişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona sol ayağının, qabırğasının və boyun fəqərələrinin sınığı, daxili orqanların əzilməsi diaqnozu qoyulub.

Polis “Volkswagen”in sürücüsünü axtarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6438

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09
APA TV-də XƏBƏRAPARAN - CANLI

APA TV-də XƏBƏRAPARAN - CANLI

25 iyul 2025 , 10:02
 Siçan və ilanın   döyüşü -  VİDEO

Siçan və ilanın döyüşü - VİDEO

23 iyul 2025 , 18:28