Bakıda yağışlı havada yol qəzası olub.
Lent.az xəbər verir ki, bu barədə görüntüləri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Məlumata görə, hadisə Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsində baş verib. Videodan da göründüyü kimi, "Mercedes" markalı avtomobil piyada zolağından yolu keçmək istəyən qadına yol vermək üçün saxlayır. Bu zaman arxadakı avtomobillərdən biri zəncirvari qəzaya səbəb olur.
NİİM bu kimi hadisələrlə bağlı sürücülərə müraciət edib:
Yağışlı havada:
Sürəti minimuma endirin;
Ara məsafəsini normadan çox saxlayın;
Diqqətinizi tam şəkildə hərəkətə yönəldin.