Polisin maska reydi
22 sentyabr 2021 12:24 (UTC +04:00)

Polisin maska reydi

Polis "28 May keçidi"ndə REYD keçirdi, 62 nəfər... - VİDEO

Bakı Dəmir Yol Vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidlərində fəaliyyət göstərən ticarət obyektlərində polis əməkdaşları tərəfindən reyd keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu gün Nəqliyyatda Baş Polis İdarəsi və Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı Dəmir Yol Vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidlərində fəaliyyət göstərən ticarət obyektlərində nəzarət tədbiri təşkil edilib. Tədbir zamanı həmin ticarət mərkəzləri, yeraltı piyada keçidləri və digər obyektlərində  sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət polis əməkdaşları tərəfindən gücləndirilib. Aparılan yoxlamalar zamanı bir neçə obyektdə və yeraltı keçidlərdə bəzi vətəndaşlar tərəfindən sanitar-gigeyenik qaydalara əməl olunmadığı aşkar edilib. Həmin obyektlər və tibbi maskadan istifadə etməyən şəxslər barəsində polislər tərəfindən inzibati protokollar tərtib edilib. Tədbir zamanı Bakı Dəmir Yol Vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidlərində fəaliyyət göstərən ticarət mərkəzlərində sanitar-karantin qaydalarına əməl etməyən 20-yə yaxın şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, 42 nəfərə isə tibbi maskadan düzgün istifadə etmədiyi üçün polislər tərəfindən xəbərdarlıq olunub.

Qeyd edək ki, paytaxt ərazisində, o cümlədən bölgələrdə sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

28 mayda maska reydi keçirildi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5793

Oxşar yazılar

Paytaxtda tonlarla   insan qalıqları tapıldı - VİDEO

Paytaxtda tonlarla insan qalıqları tapıldı - VİDEO

2 may 2025 , 12:42
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

2 may 2025 , 10:00
Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

1 may 2025 , 12:34
"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

1 may 2025 , 11:59
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 may 2025 , 10:00
Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

30 aprel 2025 , 21:37
Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

30 aprel 2025 , 11:06
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 aprel 2025 , 10:00