Polisi polisə şikayət etdi  - ŞOK OLAY - VİDEO
09 may 2025 20:00 (UTC +04:00)

Polisi polisə şikayət etdi - ŞOK OLAY - VİDEO

Türkiyədə qız qaçırma məsələsində qəribə olay yaşanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Aksaray şəhərinin Fatin məhəlləsində baş verib.

Qız qaçırıldığını iddia edən Yenikent sakinləri onun Fatin məhəlləsindəki bir binada saxlanıldığını deyərək həmin əraziyə gediblər.Həmin binaya girməyə çalışan vətəndaşlar polislərlə qarşılaşıblar. Hüquq-mühafizə əməkdaşları onları sakitləşdirib geri qaytarmağa çalışsalar da, əhəmiyyətsiz olub. Sonda polislər bibər qazından istifadə etməyə məcbur olublar.

Bu zaman isə gözlənilməz hadisə yaşanıb. Belə ki, sakinlərdən biri Daxili İşlər Nazirliyinə zəng edərək əməkdaşlarını bizi döyür deyə şikayət edib. O, şikayətində həmkarlarlınız bizi, qadınları dəyənəklə döyür, təhqir edir və s. kimi ifadələr işlədib.

Hadisə yerinə əlavə qüvvələr cəlb olunub və vətəndaşlar ərazidən uzaqlaşdırılıb. Polis saatlarla həmin binada növbədə qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946

Oxşar yazılar