Qarğalar dükan sahibinə hücum etdilər - VİDEO
03 iyun 2023 17:46 (UTC +04:00)

Qarğalar dükan sahibinə hücum etdilər - VİDEO

İstanbul şəhərində qarğalar obyekt sahibinə hücum ediblər.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə şəhərin Güngörən qəsəbəsi Günəştəpə məhəlləsində baş verib. Yaxınlıqdakı mağaza sahibi körpə qarğanı avtomobillərin altında qalmaqdan xilas etməyə kömək etməyə çalışıb.

Qarğa balasını yolun ortasından götürmək istəyən şəxsə digər qarğalar hücum etməyə başlayıb. Dəqiqələrlə hücuma məruz qalan dükan sahibi qarğa balasını yoldan götürərək təhlükəsiz yerə qoyub. Bütün bu anlar mobil telefonun kamerasına saniyə-saniyə əks olunub.

# 3513
avatar

Oxşar yazılar