Portuqaliyaya məxsus Madeyra adasında bir şəxs məşhur futbolçu Kriştiano Ronaldonun heykəlini yandırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, sosial şəbəkələrdə yayılan videoda hadisə anı əks olunub: kişi əvvəlcə rəqs edir və onları ədəbsiz jestlərlə müşayiət edir, daha sonra Ronaldonun bürünc heykəlinə tezalışan maye töküb onu yandırır.
Məlumata görə, onun kimliyi müəyyən edilib və o, daha əvvəl də oxşar qanun pozuntularına görə məsuliyyətə cəlb olunub.
Xatırladaq ki, hündürlüyü təxminən 2,4 metr olan Kriştiano Ronaldonun bürünc abidəsi 2014-cü ildə Portuqaliyanın Madeyra adasında, Praza-du-Mar sahilyanı meydanında futbolçunun birbaşa iştirakı ilə ucaldılıb. Hazırda heykəl Kriştiano Ronaldo CR7 muzeyinin qarşısında yerləşir.
