Şəkidə ikimərtəbəli ev yanıb.
Lent.az xəbər verir ki, hadisə şəhərin Ə. Haqverdiyev küçəsində, Vidadi Həmidova məxsus, ümumi sahəsi 288 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Görüntüləri təqdim edirik: