"Sevginin günü olmur"  - 14 fevralda Bakı sakinləri nə düşünür? - SORĞU
14 fevral 2022 18:45 (UTC +04:00)

"Sevginin günü olmur" - 14 fevralda Bakı sakinləri nə düşünür? - SORĞU

“Sevginin günü olmur. Mənə görə, yoldaşımla yaşadığım hər gün sevginin günüdür”.

Bu sözləri Lent.az-a paytaxtın yaşlı sakini Bəxtiyar dayı deyir. 

14 Fevral – Müqəddəs Valentin Günü...

Bəziləri bu günü Qərb ənənələrinin mənasız bir təqlidi, digərləri isə sevgilini sevindirmək üçün əlavə bəhanə hesab edir.  

Maraqlıdır bəs, paytaxt sakinləri bu günü necə qeyd edir?

Lent.az-ın bu barədə keçirdiyi sorğunun nəticələri onu göstərir ki, yaşlı nəsil bu günü “bir güllə” keçirdiyi halda, gənc nəslin nümayəndələri mütləq qeyd etmək niyyətindədirlər.

Hə, onu da qeyd edək ki, Azərbaycanda Sevgililər günü həm də İlham və Fərizənin toy günü, yəni 30 iyununda da qeyd edilir.

Və sonda.

Biləsiniz ki, sevgi yaşanmayacaq qədər gözəl, dərk edilməyəcək qədər sadə, doyulmayacaq qədər doyulmaz duyğudur. 

Sevgi pislik görəndə azalmayan, yaxşılıq görəndə çoxalmayandır. 

Sevgi yaşamanın gücüdür, sevmək həm də inanmaqdır.

Sevmək bölüşməkdir, sevdiyi ilə sevgisini bölüşməkdir.

Sevgidə son yoxdur. Sevginin heç bir zaman sonu olmaz. 

Sevginin zamanı olmaz.

Odur ki, bir günlə kifayətlənməyin, 365 gün sevin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5194

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09