Sosial şəbəkələrdə məşhur olan üzgüçü Andrey Spiridonov Xəzər dənizində qeyri-adi uzun məsafəyə üzüb.
Lent.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında görüntü paylaşıb.
Spiridonov bildirib ki, birdəfəyə Şıxov qəsəbəsi ərazisindəki çimərlikdən Bibiheybət qəsəbəsi sahillərinədək üzüb və geri qayıdıb. O, 8 kilometrdən çox olan bu məsafəni 3 saat 15 dəqiqə ərzində qət etdiyini deyib.