Sumqayıtda məşhur restoran BAĞLANDI - VİDEO
08 aprel 2025 17:35 (UTC +04:00)

Sumqayıtda məşhur restoran BAĞLANDI - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsinin Koroğlu prospekti ilə kəsişməsində yerləşən “Dədə Qorqud” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektin mətbəxində qaz xətti rezin boru ilə birləşdirilib və tavan hissələri yanar material olan lambirlə üzlənilib;

- obyekt yanğınların söndürülməsi üçün su ilə təmin olunmayıb;

- qazanxanaya əlavə əşyalar və yanar materiallar yığılıb;

- obyektin tavan örtüyünün üzlənməsində istifadə olunan dekorativ vasitələrin yanma qrupunun müəyyən edilməsi ilə bağlı müvafiq sənədlər təqdim edilməyib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- təxliyə planı mövcud deyil;

- obyektdə layihədənkənar yenidənqurma işləri aparılıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sumqayıt şəhəri, Sülh küçəsinin Koroğlu prospekti ilə kəsişməsində yerləşən “Dədə Qorqud” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2310

Oxşar yazılar

Metroda doğulan uşağa bu adı qoyurlar

Metroda doğulan uşağa bu adı qoyurlar

8 avqust 2025 , 16:00
Bakı Psixologiya Mərkəzi uşaq sığınacaqları ilə əməkdaşlığa başladı -VİDEO

Bakı Psixologiya Mərkəzi uşaq sığınacaqları ilə əməkdaşlığa başladı -VİDEO

6 avqust 2025 , 14:17
Uşaqlarımızı kimə əmanət edək? – Dayə axtarışı -VİDEO

Uşaqlarımızı kimə əmanət edək? – Dayə axtarışı -VİDEO

6 avqust 2025 , 12:03
Gecə dənizdə çimmək olarmı? - VİDEO

Gecə dənizdə çimmək olarmı? - VİDEO

6 avqust 2025 , 11:37
“Saçım yandı,  pulum getdi”  – Sosial media reklamlarının qurbanları danışır

“Saçım yandı, pulum getdi” – Sosial media reklamlarının qurbanları danışır

5 avqust 2025 , 10:20
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00