Sürücünü şərləmək istəyən  piyada İFŞA OLUNDU - VİDEO
29 sentyabr 2026 12:00 (UTC +04:00)

Sürücünü şərləmək istəyən piyada İFŞA OLUNDU - VİDEO

0

Bakıda sürücülərdən "pul qoparmağa" cəhd edən daha bir piyada ifşa olunub.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdən gənc oğlanın piyada keçidindən keçdiyi və ona yaxınlaşan ağ minik avtomobili əks olunub. Piyada həmin avtomobilin yanında dizlərini yerə ataraq, ehmalca asfaltın üzərinə uzanır. Lakin onun sürücüdən nəsə "qoparmaq" niyyəti baş tutmayıb.

Çünki onun bu əməlləri qarşıdan gələn motosiklet sürücüsünün kamerasına həkk olunub.

Daha sonra ətrafda olan şəxslərin dərhal yaxınlaşaraq, "yaralı" piyadanı yerdən qaldırıb səkiyə apardıqları görüntülənib:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar