Şüvəlanda "avtoş"luq edən həbs olundu - VİDEO
29 may 2026 19:05 (UTC +04:00)

Şüvəlanda "avtoş"luq edən həbs olundu - VİDEO

0

Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Chevrolet Nexia" markalı nəqliyyat vasitəsinin sürücüsü Nurlan Mamedzadə saxlanılıb.

Lent.az xəbər verir ki, sürücü Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü N.Mamedzadə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar