Tələbələr arasında KÜTLƏVİ DAVA:  Polis işə qarışdı -  VİDEO
01 dekabr 2022 22:00 (UTC +04:00)

Tələbələr arasında KÜTLƏVİ DAVA: Polis işə qarışdı - VİDEO

Noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışı keçirilib. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, bu zaman oyunçular arasında mübahisə və sıxlıq yaranıb. 

Həmin video ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb, lakin buna baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları videodakı tələbələr ilə söhbət aparıb və araşdırma zamanı məlum olub ki, hər hansı bir xəsarət olmayıb. Tələbələrlə profilaktiki söhbətlər aparılıb, araşdırmalar davam etdirilir.
 

# 4437
avatar

Oxşar yazılar