Bakıda avtobusun qəza anı
07 iyul 2021 16:40 (UTC +04:00)

Bakıda avtobusun qəza anı

Telefonla oynayıb qəza törədən sürücüyə görə "BakuBus"a xəbərdarlıq olundu - VİDEO-YENİLƏNİB

“BakuBus”a məxsus sərnişin avtobusu sürücüsünün mobil telefondan istifadə etdiyi üçün qəza törətməsinə görə şirkətə xəbərdarlıq olunub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a açıqlamasında bildirib ki, sərnişindaşımalarda təhlükəsizliyin təmin olunması ilə bağlı “BakuBus” MMC də daxil bütün daşıyıcılara mütəmadi olaraq tapşırıq və tövsiyələr verilir:

"Sərnişinlərin həyatı üçün ciddi təhdid yaradan hərəkətlərin yolverilməz olduğunu qeyd edərək bildiririk ki, bu məsələylə bağlı “BakuBus” MMC-yə xəbərdarlıq edilib. Analoji halların təkrarlanmaması üçün təcili surətdə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

Videodan da göründüyü kimi sükan arxasında mobil telefondan istifadə, sürücünün ani diqqətsizliyi məhz bu cür qəzalara, insan həyatına səbəb olar.

Ona görə də bir daha nəinki avtobus, ümumiyyətlə sükan arxasında olan bütün sürücülərə bildiririk ki, yol hərəkəti qaydalarına əməl etsinlər”.

***

Saat: 15:41

Bakıda bir neçə gün əvvəl baş verən avtobus qəzasının yeni görüntüləri yayılıb.

Lent.az xəbər verir ki, yayılan görüntülərdə “BakuBus” marşrut avtobusunun sürücüsünün mobil telefonla oynadığı əks olunub. Qəza da məhz bu zaman baş verir.

Qeyd edək ki, məlum yol-nəqliyyat hadisəsi iyunun 24-də “Azneft” dairəsi yaxınlığında baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5194

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09