Uğursuz əməliyyatın  qurbanı danışır: "Cəhənnəmi yaşadım, çapıq qaldı”  -VİDEO
19 yanvar 2026 12:00 (UTC +04:00)

Uğursuz əməliyyatın qurbanı danışır: "Cəhənnəmi yaşadım, çapıq qaldı” -VİDEO

0

“Qaynar xəttimizə müraciət edən Günel Cəfərova sosial şəbəkədən tanıdığı Esmira İbrahimovanın onu əməliyyat etdiyini, lakin əməliyyatın uğursuz alındığını bildirir. O iddia edir ki, sosial şəbəkədə paylaşılan şəkillər ona aid olmadığı üçün əməliyyat da uğursuz olub”.

Lent.az xəbər verir ki, bu barədə APA TV-nin hazırladığı videomaterialda söhbət gedir.

Şikayətçi Günel Cəfərova bildirib ki, Esmira İbrahimovanı sosial şəbəkədə göüb: “Paylaşdığı şəkillərə aldanıb yanına getdim. Sən demə, o şəkilləri başqa səhifələrdən götürüb, öz səhifəsində paylaşırmış. Bunların hamısının məndə sübutu var. Dedi ki, hazırda endirimdədir – 1200 manat. Boyun üçün 50 manat korset pulu da aldı. Baxın, məni bu günə qoyub. Dedim, doktor, gəl bir-birimizə pislik etməyək, pulumu qaytar, gedim başqa yerdə etdirim. Mənə dedi ki, sən Respublika Prokurorluğuna qədər gedə bilərsən. Yəni ürəyin hara istəyirsə, gedə bilərsən. Dedi ki, sənə nə pul verəcəyəm, nə də şikayətlərindən qorxuram.”

Qeyd edək ki, zərərçəkmişin aldığı xəsarətlərin dərəcəsini təyin etmək üçün müvafiq ekspertizalar təyin olunub. TV-nin əldə etdiyi məlumata görə, məsələ ilə bağlı polis də araşdırma aparır. Araşdırmaların nəticəsindən asılı olaraq Günel Cəfərovanın sağlamlığına dəyən zərərlə bağlı hüquqi tədbir görüləcəkdir.

Daha geniş videoda izləyə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar