Xaricə gedənlərə "viza düzəldən"  tutuldu - VİDEO
25 iyun 2025 11:52 (UTC +04:00)

Xaricə gedənlərə "viza düzəldən" tutuldu - VİDEO

Ağsuda vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 28 yaşlı Əsəd Əsədzadə saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, o, zərərçəkmişləri işlə təmin edəcəyinə və xarici ölkələrə getmək üçün viza alacağına dair yalan vədlər verərək aldadıb. Araşdırmalarla saxlanılan şəxsin paytaxtda da analoji cinayətlər törətdiyi müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ə.Əsədzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar