Xəzərə "akula" buraxan ÜZR İSTƏDİ  - VİDEO  - YENİLƏNİB
02 avqust 2022 16:21 (UTC +04:00)

Xəzərə "akula" buraxan ÜZR İSTƏDİ - VİDEO - YENİLƏNİB

Xəzər dənizinə "akula" buraxan şəxs üzr istəyib.

Lent.az həmin şəxsin üzr videosunu təqdim edir:

***

1 avqust, saat 17:40

Xəzərə "akula" buraxdılar - VİDEO

Ötən gün sosial şəbəkələrdə Xəzər dənizinə köpək balığı buraxılması ilə bağlı sosial şəbəkələrdə video yayıldı. İnsanlar arasında təşvişə səbəb  olan məlum video insanlar tərəfindən birmənalı qarşılanmadı.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, dənizə köpək balığı buraxan Elxan Osmanlı ilə müsahibəni təqdim edir:

- Elxan etdiyin hərəkət insanlar arasında təşvişə səbəb oldu? Ümumiyyətlə köpək balığının Xəzərə buraxılması üçün icazəni kimdən almısan?

- Bilirsiniz, bu hadisə  keçən il baş verib. Balıq akvariuma sığışmadığı üçün onu öldürmədim, Xəzərə buraxdım. Onun dişləri yoxdur, adı Akula "Celenger"dir. Balaca balıqlarla qidalanır. İnsanı parçalayacaq gücə malik deyil. Çəkisi 50 kq olur. Balığın dənizə buraxılması üçün heç kimdən icazə  almadım. Ən qorxulu canlı ikiayaqlı insandır. Məncə  insanlar özlərini ikiayaqlı köpək balıqlarından qorusunlar. Bəlkə də o çoxdan ölüb. 

- Belə çıxır ki, siz akvariumda böyütdüyünüz bütün köpək balıqlarını bir-bir Xəzərə buraxacaqsınız?

- Xeyir, mən onu öldürmək istəmədiyim üçün dənizə  buraxdım, insanlar üçün təhlükəsi yoxdur. 
Elxan Osmanlı sözügedən balıqları pandemiyadan əvvəl Malayziyadan satış məqsədilə gətirdiyini deyir. 

Məsələ ilə bağlı Ekologiya və  Təbii Sərvətlər nazirliyi ilə  əlaqə saxladıq. Məlum video ilə bağlı araşdırmalara başlanıldığını, nəticəsi barədə  ictimaiyyəti məlumatlandıracaqlarını  bildirdilər. 

Xəzərə "akula" buraxdılar

Xəzər dənizinə "akula" buraxan şəxs üzr istədi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12787

Oxşar yazılar

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

1 may 2025 , 12:34
"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

1 may 2025 , 11:59
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 may 2025 , 10:00
Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

30 aprel 2025 , 21:37
Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

30 aprel 2025 , 11:06
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

29 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

28 aprel 2025 , 10:38