Xilasedicilərimiz 128 saat sonra  2 bacını dağıntılar altından qurtardı - VİDEO
11 fevral 2023 17:30 (UTC +04:00)

Xilasedicilərimiz 128 saat sonra 2 bacını dağıntılar altından qurtardı - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, FHN-in xilasedicilərinin fədakarlığı və peşəkarlığı sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində xüsusilə mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 128 saat qalmış 2 bacı – 8 yaşlı Tavilla və 13 yaşlı Xədicə xilas olunublar.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

# 3633
avatar

Oxşar yazılar