Yemək istədikləri  timsah   özünü EYVANDAN ATDI - VİDEO
05 iyun 2023 19:20 (UTC +04:00)

Yemək istədikləri timsah özünü EYVANDAN ATDI - VİDEO

Çində timsah insanlara yemək olmaq istəmədiyi üçün 20-ci mərtəbədəki eyvandan atılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ölkənin cənubunda Şençjendə çoxmərtəbəli binada baş verib.

Yerli mağaza sahibləri səs-küyü eşidib nə baş verdiyini yoxlamaq üçün bayıra çıxıblar. Təəccüblə qarşılarında təxminən bir metr uzunluğunda canlı bir timsahın yatdığını görüblər. O, hündürlükdən yıxılıb, lakin möcüzəvi şəkildə supermarketin örtüyünə dəyib - bu, zərbəni yumşaldıb və sağ qalmasına imkan verib.

Hadisə yerinə çağırılan polislər sonda sürünənin sahibini tapıblar. Məlum olub ki, Liu adlı sahib 10 ildən çox gizli şəkildə timsahı ev heyvanı kimi saxlayıb. 

Timsahın mənzili necə tərk edə bildiyi məlum deyil, çünki həmin an otaqda onunla birlikdə heç kim olmayıb. Nəticədə ekzotik heyvanın sahibi bu vəziyyətin onları qorxutduğuna görə qonşulardan üzr istəməli olub.

Möcüzəvi şəkildə sağ qalan timsahı polis nəzarətə götürüb.

# 4197
avatar

Fidan İlqar

Oxşar yazılar