Mayor rütbəsindən 10 ay sonra general  olan gömrükçü - DOSYE
10 noyabr 2026 16:25 (UTC +04:00)

Mayor rütbəsindən 10 ay sonra general olan gömrükçü - DOSYE

0

Azərbaycanda gənc yaşda ali rütbə alan bir neçə vəzifəli şəxs var. Onlardan biri də general-mayor Fuad Elxan oğlu Məmmədovdur.

Lent.az "Bioqrafiya" rubrikası çərçivəsində general-mayor F. Məmmədov haqqında məlumatları təqdim edir:

Fuad Məmmədov nə vaxt və harada doğulub?

- Fuad Məmmədov 1992-ci ildə Bakı şəhərində anadan olub.

Fuad Məmmədov harada təhsil alıb?

- Fuad Məmmədov 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Gömrük işinin təşkili ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə həmin universitetdə Gömrük işi ixtisası üzrə magistr təhsili alıb. Bundan əlavə, 2017-2020-ci illərdə Dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsilini alıb.

Fuad Məmmədov hərbi xidmətdə olub?

- 2012-2013-cü illərdə hərbi xidmətdə olub. Silahlı Qüvvələrin 95-ci ilinə həsr olunmuş paradda iştirakına görə yubiley medalı ilə təltif edilib.

Fuad Məmmədovu ilk vəzifəsi nə olub?

- 2015-ci ildə gömrük orqanlarına xidmətə qəbul müsabiqəsində yüksək nəticə əldə edərək Xaçmaz Gömrük İdarəsinin inspektoru təyin edilib.

Fuad Məmmədov pedaqoji fəaliyyəti var? 

- Fuad Məmmədov 2016-2018-ci illərdə - Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim kimi fəaliyyət göstərib. Həmçinin 2017-2022-ci illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin "Sabah" qrupları və "Beynəlxalq İqtisad Məktəbi"ndə tədris edib.

Fuad Məmmədov Gömrük Komitəsində hansı vəzifələrdə çalışıb?

- Fuad Məmmədov 2018-2021-ci illərdə Komitə aparatının Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru vəzifəsində işləyib. 2022-2023-cü illərdə həmin şöbənin rəisi olub. 2023-2024-cü illərdə Gömrük Siyasəti Baş İdarəsinin Ticarət Siyasəti İdarəsinin rəisi vəzifəsində işləyib.

Fuad Məmmədov nəvaxt gömrük attaşesi təyin olunub?

- Fuad Məmmədov 2024-cü ildə Komitənin Ümumdünya Gömrük Təşkilatındakı  (Belçika Krallığında) nümayəndəsi (gömrük attaşesi) təyin edilib.

Fuad Məmmədov nə vaxt Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib?

 - Fuad Məmmədov Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.

Fuad Məmmədov nə vaxt general rütbəsi alıb?

- Fuad Məmmədov sədr müavini təyin olunanda mayor rütbəsində olub, 2 ay sonra polkovnik rütbəsi alıb. 2026-cı il yanvarın 29-da isə ona gömrük general-mayoru ali xüsusi rütbəsi verilib.

General-mayor Fuad Məmmədov hansı dilləri bilir?

- Rus və ingilis dillərini sərbəst bilir. Ailəlidir, 1 övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar