Uşaqlıqda özünü çirkin   hesab edirdi, milyonlarla kişinin arzusuna   çevrildi – FOTOLAR
10 noyabr 2026 16:07 (UTC +04:00)

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi – FOTOLAR

0

Fransa kinosunun əfsanəvi aktrisası Bricit Bardo ötən əsrin ən məşhur gözəllik simvollarından biri olub. Gözəlliyi, sərbəst davranışları və fərqli həyat tərzi ilə milyonlarla insanın diqqətini çəkən aktrisa sonralar həyatını heyvan hüquqlarının müdafiəsinə həsr edib.

Lent.az xarici KİV-ə istinadən 91 yaşında vəfat edən məşhur fransız aktrisanın uşaqlıq və gənclik illərini, kino karyerasını və şəxsi həyatı haqqında maraqlı faktları təqdim edir.

Bricit Ann-Mari Bardo 1934-cü il sentyabrın 28-də Parisdə imkanlı və ciddi qaydaları olan ailədə dünyaya gəlib. Maraqlıdır ki, sonralar milyonlarla insanın gözəllik idealına çevrilən Bardo uşaqlıqda heç də gözəl hesab edilmirdi. Gələcək aktrisa dəri problemlərindən əziyyət çəkir, dişlərini düzəltmək üçün xüsusi breketlər və görmə qüsurunu aradan qaldırmaq üçün eynək taxırdı. Lakin 12-13 yaşına çatanda onun xarici görünüşündə ciddi dəyişikliklər baş verməyə başlayıb. Yeniyetməlik dövrünə xas özünəinam çatışmazlığı və komplekslər isə hələ də qalırdı.

1947-ci ildə Bricit Bardo Parisdəki Ali Milli Konservatoriyanın xoreoqrafiya şöbəsinə daxil olub. Onun müəllimi məşhur rus rəqqası və xoreoqraf Boris Knyazev idi. Knyazev həm də tanınmış balet ustası Rolan Petinin müəllimi olub. Bardo üç il Knyazevdən dərs alıb. Məhz bu təhsil onun hərəkətlərinə balet sənətçilərinə xas xüsusi zəriflik və plastiklik qazandırıb. Bir müddət sonra anası qızının gözəlliyini fərq edib. Ailədə ciddi qaydalar hökm sürməsinə baxmayaraq, məhz anası Briciti model kimi özünü sınamağa razı salıb.

Bricit Bardo cəmi 15 yaşında Fransanın məşhur “Elle” jurnalının üz qabığında yer alıb. Bundan sonra o, jurnalın fotosessiyalarında tez-tez iştirak etməyə başlayıb. Məhz həmin dövrdə ictimaiyyət ilk dəfə “B. B.” baş hərfləri ilə tanış olub. Valideynləri azyaşlı qızlarının adının jurnalda tam göstərilməsini istəmədikləri üçün onun yalnız ad və soyadının baş hərflərindən istifadə olunurdu. Lakin bu iki hərf belə Bricit Bardonun taleyini dəyişməyə kifayət edib.

1950-ci illərin ortalarında keçirilən dəb çəkilişləri ailəsinin ciddi əxlaq qaydalarına müəyyən qədər uyğun gəlsə də, kino sahəsi valideynləri üçün qəbuledilməz görünürdü. Bununla belə, kinoda çəkilmək daha çox qazanc vəd edirdi. Üstəlik, Bricit artıq kamera qarşısında olmağı sevirdi və daha böyük uğurlar qazanmaq istəyirdi. Nəhayət, babası onun valideynlərini qızlarının aktrisalıq karyerasına başlamasına icazə verməyə razı salıb.

1950-ci ildə həmin vaxt rejissor assistenti işləyən Rojer Vadim jurnalda gənc Bricit Bardonun fotosunu görüb. O, qızı filmlərdən birinin sınaq çəkilişlərində iştirak etməyə dəvət edib. Bardo həmin rolu ala bilməsə də, Vadimə aşiq olub. Onların hissləri qarşılıqlı idi. Lakin valideynləri azyaşlı qızlarının özündən altı yaş böyük kişi ilə münasibət qurmasına qarşı çıxıblar. Hətta Briciti İngiltərəyə oxumağa göndərməyi planlaşdırıblar. Qızın intihara cəhdindən sonra valideynləri geri addım atmağa məcbur olublar. Bununla belə, onlar Rojer Vadimin qarşısına bir neçə şərt qoyublar. Vadim Bricit 18 yaşına çatdıqdan sonra onunla evlənməli, daimi iş tapmalı və pravoslavlıqdan katolikliyə keçməli idi.

Əsl adı Vadim Plemyannikov olan gələcək rejissorun atası rus mühaciri idi. 1952-ci ildə Bricit Bardo və Rojer Vadim ailə qurublar.

Bricit Bardo sonralar etiraf edirdi ki, Rojer Vadim ona adi gənc aktrisadan dünya ulduzuna çevrilmək üçün lazım olan çox şeyi öyrədib. Onların gənclik sevgisi uzun sürməsə də, rejissor və aktrisa kimi əməkdaşlıqları illərlə davam edib. Bricit Bardo Kann Film Festivalında böyük diqqət çəkib.

O, Fransanın məşhur Lazur sahillərində bikinidə görünərək həm kino nümayəndələrinin, həm də fotoqrafların marağına səbəb olub. Bardonun gənclik məsumluğu ilə cazibədarlığı birləşdirən görünüşü həmin dövr üçün qeyri-adi hesab edilirdi.

Bardo getdikcə cəmiyyətdə mübahisələr doğuran filmlərdə çəkilməyə başlayıb. O, Britaniya səsli kinosunda çılpaq görünən ilk qadın kimi də tarixə düşüb. 1956-cı ildə isə aktrisa imicində daha bir mühüm dəyişiklik edib: saçlarını sarı rəngə boyayıb. Elə həmin il həyat yoldaşı Rojer Vadimin çəkdiyi “Və Tanrı qadını yaratdı” filmində baş rolu canlandırıb. Vadim bu filmi çəkməkdə iki məqsəd güddüyünü gizlətmirdi.

Bir tərəfdən, o, ekranda ehtirasın göstərilməsini qadağan edən, lakin eyni zamanda belə səhnələrə böyük maraq göstərən cəmiyyətin ikiüzlü münasibətinə etiraz etmək istəyirdi. Digər tərəfdən isə rejissor Bricit Bardonun təbii cazibəsini bütün dünyaya nümayiş etdirməyi arzulayırdı. Film bir sıra mühafizəkar təşkilatların ciddi etirazına səbəb olub. Əxlaq normalarını müdafiə edən təşkilatlar, dini birliklər və təhsil nümayəndələri ekran əsərini tənqid ediblər. Xüsusilə Bardonun küçə kafesində rəqs etdiyi məşhur səhnə böyük qalmaqal yaradıb. Lakin məhz bu qalmaqal filmin böyük kommersiya uğuru qazanmasına kömək edib. Bricit Bardo isə dünyanın ən məşhur cazibədarlıq simvollarından birinə çevrilib.

Böyük şöhrət qazandıqdan sonra Bardo məşhurluğun mənfi tərəfləri ilə də üzləşib. O, əvvəlcə yenidən sadə və mehriban qadın obrazlarına qayıtmağa çalışıb. Lakin həm tamaşaçılar, həm də rejissorlar onu daha sərbəst və cazibədar rollarda görmək istəyirdilər. Üstəlik, belə rollar aktrisaya daha çox qazanc gətirirdi. Bununla belə, Bardo yalnız xarici görünüşü ilə deyil, dramatik rolları ilə də uğur qazanıb. O, “Həqiqət”, “Bədbəxt hadisə zamanı” və “Nifrət” kimi filmlərdə fərqli obrazlar yaradıb. “Yaşasın, Mariya!” filmindəki roluna görə isə BAFTA mükafatına namizəd göstərilib.

1950-ci illərin sonlarından etibarən Bardonun şəxsi həyatı çoxsaylı sevgi münasibətləri və uğursuz nikahlarla yadda qalıb. Rojer Vadimdən ayrıldıqdan sonra o, 1959-cu ildə aktyor Jak Şarye ilə ailə qurub. 1960-cı ildə onların Nikolas adlı oğlu dünyaya gəlib. Lakin iki il sonra cütlük boşanıb və Bardo oğlunun atasının himayəsində böyüməsinə razılıq verib. Aktrisa sonralar ana olmağa hazır olmadığını, hətta ümumiyyətlə uşaq sahibi olmamalı olduğunu etiraf edib. O, analıq hisslərini yaşamaqda çətinlik çəkdiyini və öz övladına qarşı güclü emosional bağlılıq hiss etmədiyini bildirib. Yalnız onilliklər sonra Bardo oğlu Nikolasla münasibətlərini müəyyən qədər yaxşılaşdıra bilib. Bununla belə, onların münasibətləri heç vaxt çox isti olmayıb.

1960-cı illərdə Bricit Bardo musiqi karyerasına başlayıb. Bu sahədə ona keçmiş sevgililəri, braziliyalı musiqiçi Bob Zaquri və məşhur fransız bəstəkarı Serj Gensbur kömək ediblər. Bardo həm başqa ifaçıların mahnılarını səsləndirib, həm də xüsusi olaraq özü üçün yazılan əsərləri ifa edib. O, Serj Gensburla birlikdə bir sıra məşhur mahnılar yazdırıb. 

1966-cı ildə Bardo üçüncü dəfə ailə qurub. Onun həyat yoldaşı multimilyonçu Günter Zaks olub. Lakin bu nikah da uzun sürməyib.

Fransa kinosunda “Yeni dalğa” dövrünün zəifləməsi ilə Bardonun kino karyerası da tədricən əvvəlki sürətini itirməyə başlayıb. Bununla belə, aktrisanın populyarlığı azalmayıb. Bardo özü heç vaxt böyük aktrisa olduğunu düşünmədiyini deyirdi. Onun sözlərinə görə, müxtəlif xarakterli qadınlara çevrilməkdənsə, canlandırdığı obrazlara öz şəxsiyyətindən xüsusiyyətlər qatmağa üstünlük verirdi. Rojer Vadim isə sonralar bildirirdi ki, Bardonun maraqlı layihələri seçmək bacarığı kifayət qədər güclü olmayıb. Aktrisa bəzən yaxşı ssenariyə görə deyil, gözəl məkanlara səyahət etmək və ya bəyəndiyi aktyorlarla, məsələn, Şon Konneri ilə birlikdə çəkilmək imkanı üçün film təkliflərini qəbul edirdi. 1973-cü ildə Bricit Bardo kino karyerasını birdəfəlik başa vurub.

Kinodan uzaqlaşdığı dövrdə Bardo heyvanların istismarı və onlara qarşı qəddar münasibət problemləri ilə ciddi maraqlanmağa başlayıb. 1977-ci ildə o, məşhurluğundan istifadə edərək Kanadada suitilərin qorunması üçün böyük informasiya kampaniyasına başlayıb. Bu fəaliyyət bir çox ölkədə suiti xəzinin ticarətinə qadağaların tətbiqinə kömək edib. 1980-ci illərdə aktrisa süd vəzi xərçəngi ilə mübarizə aparıb. Daha sonra öz adını daşıyan heyvanların müdafiəsi fondunu yaradıb. Bricit Bardo Fondu brakonyerliyə, heyvanlara qarşı qəddarlığa, heyvan döyüşlərinə, korridaya və xəz ticarətinə qarşı mübarizə aparır. Fond həmçinin sahibsiz heyvanlar üçün sığınacaqların yaradılmasına dəstək göstərir.

Bricit Bardo 1973-cü ildə kinoya qayıtmayacağına dair verdiyi sözə ömrünün sonuna qədər sadiq qalıb. 1992-ci ildə Bernar d'Ormalla ailə qurduqdan sonra daha sakit həyat sürməyə başlayıb. O, ictimaiyyət qarşısına nadir hallarda çıxır, əsas vaxtını heyvan hüquqlarının müdafiəsinə və kitab yazmağa sərf edirdi.

Bardo həm avtobioqrafik əsərlər, həm də heyvanların müdafiəsi və ictimai problemlər haqqında kitablar qələmə alıb. Gəncliyində sərbəst davranışlarına görə tənqid olunan aktrisa sonrakı illərdə sağçı mühafizəkar baxışlarına görə mübahisələrin mərkəzində olub. Onun fikirləri Fransa hakimiyyətinin də narazılığına səbəb olurdu. Bardo Fransua Mitteran, Jak Şirak və Emmanuel Makron da daxil olmaqla ölkənin müxtəlif prezidentlərini açıq şəkildə tənqid edib. O, miqrasiya böhranının Fransa üçün ciddi problemlər yaradacağını bildirirdi. Aktrisanın heyvanların problemlərinə insanlardan daha çox diqqət ayırması ilə bağlı tənqidlərə cavabı isə belə idi: müdafiəsiz canlılara qarşı zorakılıqla insanlara qarşı zorakılıq arasında cəmi bir addım var.

Bricit Bardo 2025-ci ildə 91 yaşında vəfat edib. Əfsanəvi aktrisa 2026-cı il yanvarın 7-də çox sevdiyi Sen-Trope şəhərində dəfn olunub. Onun tabutu hörmə üslubunda hazırlanıb, qapağı isə rəngarəng çöl və bağ çiçəkləri ilə bəzədilib. Aktrisanın yaxınları nə Fransa Prezidenti Emmanuel Makronu, nə də onun administrasiyasının nümayəndələrini dəfn mərasiminə dəvət ediblər.

Брижит Бардо в 8 лет

Брижит Бардо в 1950-е

Брижит Бардо для журнала Elle

Брижит Бардо для журнала Elle

Брижит Бардо для журнала Elle

Брижит Бардо для журнала Elle

Брижит Бардо для журнала Elle

Брижит Бардо

Свадьба Брижит Бардо и Роже Вадима

Бриджит Бардо на Каннском кинофестивале, 1953 год

Брижит Бардо в юности

Брижит Бардо в юности

Брижит Бардо в юности

Брижит Бардо

Брижит Бардо, Жак Шарье и Николя Шарье

Брижит Бардо в молодости

Брижит Бардо в молодости

Брижит Бардо

Брижит Бардо

Брижит Бардо в 1980 году

Брижит Бардо, 1983 год

Брижит БардоБрижит Бардо в 1980-1990-е годы

Брижит Бардо в 1980-1990-е годы

Брижит Бардо в 2024 году

Похороны Брижит Бардо

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar