Cabbar Musayev
04 noyabr 2024 13:24 (UTC +04:00)

Cabbar Musayev

Naxçıvan şəhərinə icra başçısı təyin edilən Cabbar Musayev kimdir?

0

Prezident İlham Əliyevin sərəncamı ilə Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Lent.az Cabbar Musayevin bioqrafiyasını təqdim edir: 

Cabbar Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub. 

Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur. 2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.

2016-cı ilin aprel ayının 18-dən Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.

Dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Evlidir, iki övladı var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 17942

Oxşar yazılar