Alveşdən ayrıldığını açıqladı:  "Onu həmişə sevəcəyəm,   amma...”
16 mart 2023 16:09 (UTC +04:00)

Alveşdən ayrıldığını açıqladı: "Onu həmişə sevəcəyəm, amma...”

Dani Alveşin həyat yoldaşı ondan ayrıldığını açıqlayıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, hazırda "Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi həbsdədir. O, gecə klubunda qıza təcavüz etməkdə ittiham olunur.

Coana Sans “Instagram”da yazdığı məktubu yerləşdirib.

 “Uşaqlıqdan hisslərimi qovmaq üçün yazıram - yəqin ki, ailənin tək uşağı olduğum üçün. Nə olur-olsun, mənə kömək edir.

Dəhşətli aylar idi – amma həyatımın ən çətin ayları deyildi, çünki bir çox problemlərlə üzləşdim - lakin çox qaranlıq və ağrılı idi.

Həyat yoldaşım olaraq gözümdə mükəmməl olan bir insan seçdim. Ona ən çox ehtiyacım olanda həmişə yanımda olub, hər şeydə mənə dəstək olub, məni böyüməyə sövq edib, sevən, diqqətli olub...

Bu adamın mənim ürəyimi min yerə parçalaya bilməsi ilə barışmaq mənim üçün çətindir.

Onun mənə necə baxdığını yaddaşımdan silmək üçün illər lazım olacaq - sanki dünyanın əsas möcüzəsi olmuşam. 

Cəhənnəm, onun mənə çəkdirdiyi bütün ağrılara baxmayaraq, mən hələ də buradayam, onun yanındayam və orada qalacağam, amma başqa rolda.

Mən onu sevirəm və kimin nə deməsindən asılı olmayaraq həmişə sevəcəyəm. Amma mən də özümü çox sevirəm, hörmət edirəm və qiymətləndirirəm. Budur, həyatının növbəti mərhələsinə keçən güclü qadın”, - Sans yazıb.

Dani və ispaniyalı model 2015-ci ildən görüşüb və 2017-ci ildə evləniblər. 2023-cü ildə Alves həbs olunduqdan sonra 30 yaşlı qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Bu, futbolçunun ikinci evliliyidir - onun Dinora Santanadan iki övladı var.

# 2136
avatar

Oxşar yazılar