Payız tanışlıq üçün   ən yaxşı vaxtdır – Kişilər münasibətlərinə sadiq olur
05 noyabr 2024 16:18 (UTC +04:00)

Payız tanışlıq üçün ən yaxşı vaxtdır – Kişilər münasibətlərinə sadiq olur

Bəzilərinə qəribə gəlsə də, tanışlıq zamanı tarixlər və ya zaman böyük əhəmiyyət kəsb edir. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, payız tanış olmaq üçün ən yaxşı vaxtdır.

Payız və qış aylarında kişilər intuitiv olaraq ailə qurmaq üçün partnyor tapmağa çalışırlar.  Ancaq bütün qadınlar bu fenomenin səbəbini başa düşmürlər, buna görə də əsl sevgini tapmaq fürsətini əldən verirlər. 

Soyuq havaların başlaması ilə kişilərdə hormonların səviyyəsi azalır və ağıl emosiyalardan üstün olmağa başlayır. Güclü cinsin subay nümayəndələri ciddi münasibətlərə keçməyin vaxtı olduğunu başa düşürlər.

Statistikaya görə, toylarla bitən ən çox tanışlıq payızın sonu, qışın əvvəlinə təsadüf edir.  Maraqlıdır ki, bu tendensiya təkcə gənclərə deyil, artıq qırxdan yuxarı olanlara da aiddir.

Psixoloq Valeriya İqnatovanın sözlərinə görə, kişilər dekabrın sonunda uzunmüddətli perspektivə ümid edərək tanış olmaq istəyində xüsusilə aktivdirlər. Tətil öncəsi atmosfer partnyor axtarışını stimullaşdırır. Çünki uşaqlıqdan bəri Yeni il ailə ilə keçirilən bayram olaraq qeyd edilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2820
avatar

Sevinc Fərid

Oxşar yazılar