Qadın doqquz dəfə  evləndi: ərlərinin pullarını alıb  qaçdı
14 may 2026 19:33 (UTC +04:00)

Qadın doqquz dəfə evləndi: ərlərinin pullarını alıb qaçdı

0

Hindistanın Maharaştra ştatında polis artıq doqquz kişini aldadan saxta gəlin və onun əlbirlərini axtarır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, fırıldaqçı qrupla bağlı istintaq Yogeş Şindenin şikayəti ilə başlayıb. O, arvadını toy təşkilatçısı vasitəsilə tapdığını bildirib.

Kişi heç bir şeydən şübhələnməyib və bir neçə gün sonra yeni həyat yoldaşı pulu və zinət əşyaları ilə birlikdə qaçıb. Qadını tapan agentlərlə əlaqə qurmaq da mümkün olmadı.

Məlum olub ki, Şinde fırıldaqçıların doqquzuncu qurbanı olub. O, qadının əvvəlki evliliklərindən xəbərsiz olduğunu iddia edib. Qadın yalnız qazanc məqsədilə evlənib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar