Osakadan olan Saki Sato sevgilisinin başqa qadınla evlənməsinə mane olmaq üçün onun üzük taxılan barmağını kəsməkdə günahlandırılıb.
Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, qadının sevgilisinə hücum edərək başqa qadınla evlənməsinin qarşısını almaq üçün onun üzük barmağını kəsərək soyuducuda saxladığı iddia edilir. Bu, zərərçəkmiş sevgilisinin hərəkətləri ilə bağlı şikayət ərizəsi ilə polisə müraciət etdikdə məlum olub.
Qeyd olunur ki, hadisə yerinə gələn polislər kişinin üzündə xəsarətlər aşkarlayıb, həmçinin kəsilmiş barmağının olduğunu təsdiqləyiblər. İstintaq cütlüyün münasibətlərinin "sağlamlıqdan uzaq" olduğunu müəyyən edib.
Zərərçəkmişin dediyinə görə, Saki həyatına nəzarət edib, bank kartını və telefonunu əlindən alıb və onlardan istifadə etmək üçün icazə istəyib. 2023-cü ilin sentyabrında o, "yenidən böyüyəcəyini" iddia edərək, məmə ucunun bir hissəsini kəsib.
Zərərçəkənin dediyinə görə, o, qızın xarici cəlbediciliyinə görə uzun müddət zorakılığa dözüb. Ancaq zaman keçdikcə onun hökmran və aqressiv təbiətini dərk edib.
Bu arada Sato özü ittihamları rədd edir və oğlanın özünə xəsarət yetirdiyini iddia edir.