Sevgilisinin  saqqalından infeksiya   keçdi
22 noyabr 2022 12:50 (UTC +04:00)

Sevgilisinin saqqalından infeksiya keçdi

“TikTok”da bir qadın sevgilisinin saqqalından infeksiya keçdiyi üçün şikayətlənib.

Lent.az-ın məlumatına görə, qadın infeksiyaya necə yoluxması barəsində danışıb və o, kişiləri üzlərini tez-tez yumağa çağırıb.

Belə ki, 20 yaşlı qadın bir dəfə sevgilisinin saqqalı ilə təmasdan sonra çənəsində iltihab yaranıb. O, ilk vaxtlar üzünün divara dəydiyi üçün yara olduğunu düşünüb. Amma sonra vəziyyətin daha ciddi olduğunun fərqinə varıb. Hanna adlı qız çox həssas dəriyə sahib olduğunu bildirib. Sevgilisinin tükləri dəri epidermisini zədələyib. Nəticədə sevgilisinin saqqalında olan bakteriyalar üzündəki yaralara keçib. O, infeksiyanı aradan qaldırmaq üçün beş gün ərzində antibiotik qəbul etdiyini bildirib.

Şərhlərdə izləyicilər bununla oxşar hal yaşadıqlarını bölüşüblər. Belə ki, videoya “Heç vaxt belə kəskin reaksiya verməmişdim, amma demək olar ki, buna görə kişilərlə ünsiyyətdən imtina etmişəm”, “Keçmiş sevgilimlə tez-tez belə hallar yaşayırdıq. Ona görə də keçmiş sevgilim oldu” kimi şərhlər gəlib.

# 3291
avatar

Oxşar yazılar