Üç il ərinin adını deyə bilmədi, ona ləqəb verdi
02 aprel 2021 19:12 (UTC +04:00)

Üç il ərinin adını deyə bilmədi, ona ləqəb verdi

İsveçə köçən amerikalı bir qadın TikTok-da üç ildir isveçli ərinin adını tələffüz etməyi öyrənmədiyini və ona ləqəb verdiyini etiraf edib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, TikTok istifadəçisi @maybebrea yalnız ərinə verdiyi ləqəb sayəsində yöndəmsiz bir vəziyyətdən çıxdığını iddia edib.

Onun sözlərinə görə, birinci il deyil ki, onu sadəcə "körpə" deyə çağırır.

Videonun sonunda amerikalı qadın ərinin adını tələffüz etməyə çalışıb və üç dəfə "Raqnor" təkrarlayıb, lakin hər dəfə səhv vurğu və ya qarışıq hərflərlə deyib.

Video 12 milyon baxış və iki milyon bəyənmə toplayıb. Şərhlərdə bir çoxları oxşar bir problemlə qarşılaşdıqlarını etiraf ediblər.

"Mənim ərim də bir isveçlidir, yeddi ildir bir yerdəyik və hələ də adını düzgün tələffüz edə bilmirəm", - izləyicilərdən biri deyib.
 

# 5334
avatar

Oxşar yazılar