Şəmkirdə evin həyətindən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Posanlı kəndində qeydə alınıb.
Kənd sakini 61 yaşlı Əjdər Nəbi oğlu Allahverdiyevin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü məlum deyil.
Araşdırma aparılır.