"Ya o, ya da mən"  - Sevgililərin meyiti avtomobildə tapıldı
15 iyun 2026 13:41 (UTC +04:00)

"Ya o, ya da mən" - Sevgililərin meyiti avtomobildə tapıldı

0

Hindistanın Mumbay şəhərində polis taksi sürücüsü və onun qadın sərnişininin ölümü ilə bağlı baş vermiş ikiqat qətli araşdırır. Bıçaq xəsarətləri olan meyitlər park edilmiş avtomobildə aşkarlanıb. İstintaq üçün əsas ipucuna isə 30 yaşlı sürücü Qaneş Şindenin hadisədən az əvvəl dostuna dediyi sözlər çevrilib: "Ya o, ya da mən".

Lent.az xarici KİV-ə istinadla bildirir ki, istintaqın məlumatına görə, öldürülən qadın bir neçə ay ərzində taksi sürücüsünü şantaj edib və ondan pul istəyib. Onların münasibəti təxminən üç ay əvvəl təsadüfi tanışlıqdan sonra başlayıb. Hətta Şindenin bacısının da bu münasibətdən xəbəri olub.

Bildirilib ki, qadın bir müddət əvvəl kişinin telefon nömrəsini bloklayıb. Bu vəziyyət isə sürücüdə ciddi qəzəb və emosional sarsıntı yaradıb.

Polis hesab edir ki, əvvəlcə qadın qətlə yetirilib, daha sonra isə Şinde böyük ehtimalla intihar edib. Hadisənin üstü qadının dörd yaşlı oğlunun sayəsində açılıb. Cinayət baş verən zaman avtomobildə olan uşaq sonradan baş verənləri yaxınlarına danışıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar