Gecəyarı Qurd dərəsində YANĞIN - VİDEO
15 iyun 2026 10:14 (UTC +04:00)

Gecəyarı Qurd dərəsində YANĞIN - VİDEO

0

Sumqayıtda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə Qurd dərəsi adlanan ərazidə baş verib.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 70kv.m. olan fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən köməkçi tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən evə və obyektə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində köməkçi tikili yanıb, fərdi yaşayış evi və obyekt yanğından mühafizə edilib. Xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar