Xoşbəxt bir münasibətin ƏN DƏQİQ ƏLAMƏTİ
10 avqust 2024 14:10 (UTC +04:00)

Xoşbəxt bir münasibətin ƏN DƏQİQ ƏLAMƏTİ

Alimlər müəyyən ediblər ki, xoşbəxt münasibətin göstəricisi həyat yoldaşlarının və ya sevgililərin birlikdə keçirdikləri vaxt deyil. Əgər siz və digər yarınız iki ayrı şəxs deyil, tək bir bütöv kimi münasibət göstərsəniz, bunu əminliklə söyləmək olar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticələrə bəziləri evli olan 5 mindən çox könüllünün iştirakı ilə 30 araşdırma aparan Kaliforniya Universitetinin tədqiqatçıları gəlib.

Mütəxəssisləri maraqlandırıb:

əlaqənin müddəti;

cüt davranış;

psixi və fiziki sağlamlıq;

özünə qulluq səviyyəsi.

Alimlərin qənaəti

Məlum olub ki, xoşbəxt cütlüklər əl-ələ tutaraq birlikdə keçirdikləri vaxta görə deyil, söhbətlərdə “biz” sözünü işlətmə tezliyinə görə seçiliblər.
Tədqiqatçıların fikrincə, “biz”, “bizimki”, “bizim” və s. sözləri cütlükdə münasibətlərin müsbət inkişafından xəbər verir.

Belə bir fərziyyə var ki, eyni sözlər iki qəlbin birləşməsini gücləndirmək üçün bir vasitə ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3771
avatar

Fidan İlqar

Oxşar yazılar