2025-ci ilin payızında 2010-cu illərin məşhur şalvar modelləri yenidən dəbə qayıdıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2010-cu illərdə çox populyar olan şalvar modelləri bu payız yenidən podiumlara və küçə dəbinə qayıdıb.
Ən diqqətçəkən trendlərdən biri skinny cinslər olub. Onlar artıq Celine brendinin yeni kolleksiyasına da daxil edilib. Stilistlərin sözlərinə görə, bu model həm klassik, həm də müasir üslublarla asanlıqla uyğunlaşdığı üçün yenidən aktual sayılır.
Bununla yanaşı, cırıq və bol kəsimli cinslər, eləcə də aşağı bel detallı şalvarlar da payız mövsümünün əsas dəb istiqamətləri arasında yer alıb.
Eyni zamanda, yoqa şalvarları da 2025-ci ilin payız trendləri siyahısına düşüb. Onların populyarlığı sağlam həyat tərzinə artan maraqla əlaqələndirilir. Rahat, elastik və gündəlik geyimlərə yönələn üslub bu tendensiyanı gücləndirib.