2026-cı ilin əsas rəngi AÇIQLANDI - ağ Cloud Dancer
23 dekabr 2025 14:07 (UTC +04:00)

2026-cı ilin əsas rəngi AÇIQLANDI - ağ Cloud Dancer

0

Pantone 2026-cı ilin əsas rəngini müəyyən edib. PANTONE 11-4201 Cloud Dancer. Bu, son 26 il ərzində ilk dəfədir ki, “ilin rəngi” kimi ağ çalar seçilir.

Bu barədə Lent.az Pantone-nin rəsmi saytına istinadən məlumat verir:

2026-cı ilin əsas rəngi

Pantone Cloud Dancer rəngini “zərif neytral ağ” kimi təsvir edir və onun sakitləşdirici, rahatladıcı təsirə malik olduğunu bildirir. Qeyd olunur ki, bu rəngin yüngül və havalı varlığı səs-küylə dolu dünyada sükutun pıçıltısını xatırladır.

Pantone analitiklərinin fikrincə, bu çalar cəmiyyətin daxili tarazlığa can atmasını və səssizliyin dəyərinin yenidən dərk edilməsini simvolizə edir.

“Dalğavari ağ, sakitliklə dolu olaraq həqiqi rahatlamağa və diqqəti cəmləməyə dəvət edir, yaradıcılığa nəfəs almağa imkan yaradır”, - təsvirində qeyd olunur.

İnstitut əlavə edir ki, bu rəng yüngüllük və efemerlik arasında dəyişir, yenilənmə hissi və ilham üçün geniş məkan təqdim edir.

Pantone ilin rəngini necə seçir

"Pantone"da bildirirlər ki, ilin rənginin seçimi qlobal trendlərin və mədəni proseslərin kompleks təhlilinin nəticəsidir. İnstitutun mütəxəssisləri moda kolleksiyalarını, dizayn, incəsənət, texnologiya və interyer sahələrindəki tendensiyaları araşdırırlar. Xüsusi diqqət cəmiyyətin əhval-ruhiyyəsinin necə dəyişdiyinə və mədəni kontekstdə hansı emosiyaların üstünlük təşkil etdiyinə yönəldilir.

Mütəxəssislər eyni zamanda rənglərin media, reklam, kino və rəqəmsal kontentdə istifadəsini təhlil edir, dünyanın müxtəlif ölkələrindən dizaynerlər, memarlar və istehsalçılarla əməkdaşlıq edirlər. Məlumatlar ümumiləşdirildikdən və ekspert qiymətləndirməsindən sonra Pantone dövrün ruhunu və cəmiyyətin gözləntilərini ən dəqiq əks etdirən rəngi seçir. Bu seçim moda, interyer dizaynı, qrafik dizayn və digər yaradıcı sahələrə təsir göstərir.

Əvvəlki illərdə hansı rənglər seçilib

Pantone 1999-cu ildən etibarən ilin rəngini seçir və hər bir çalar növbəti mövsümün mədəni əhval-ruhiyyəsini əks etdirir.

2025-ci il - PANTONE 17-1230 Mocha Mousse. Qəhvə və şokolad assosiasiyası yaradan isti, dərin qəhvəyi rəng. Rahatlıq, harmoniya və sadə, lakin zərif zövqlərdən həzz almağı simvolizə edir. Pantone nümayəndələrinin sözlərinə görə, Mocha Mousse sadəlik, klassika və dəbdəbəni birləşdirir.

2024-cü il - PANTONE 13-1023 Peach Fuzz. İstilik, qayğı və birliyə can atmanı vurğulayan yumşaq şaftalı çaları. Pantone-da qeyd edilirdi ki, bu rəng “zehni, bədəni və qəlbi zənginləşdirir” və incəlik, qarşılıqlı anlayış hissi yaradır.

2023-cü il - PANTONE 18-1750 Viva Magenta. İsti və soyuq tonları birləşdirən dinamik moruğu-qırmızı çalar. Pantone bu rəngi “qeyri-adi zaman üçün qeyri-adi qırmızı” kimi xarakterizə edirdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar