Türkiyəli oğlan dünyanın ən yaraşıqlı kişisi seçildi
14 oktyabr 2026 16:15 (UTC +04:00)

Türkiyəli oğlan dünyanın ən yaraşıqlı kişisi seçildi

0

Türkiyəli model Dirhan Divrikli beynəlxalq “Mister Global-2026” kişi gözəllik müsabiqəsinin qalibi seçilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 21 yaşlı model Taylandda keçirilən yarışmada birincilik qazanıb.

Finalda üç ölkənin nümayəndəsi yarışıb

İştirakçılar finaldan əvvəl təxminən 10 gün ərzində hazırlıq düşərgəsində olublar. Bu müddətdə onlar müxtəlif tədbirlərə və təqdimatlara qatılıb, münsiflər tərəfindən qiymətləndiriliblər.

Həlledici gecədə seçim mərhələlərini keçən Dirhan Divrikli Nigeriya və Filippin təmsilçiləri ilə birlikdə ilk üçlüyə daxil olub. Münsiflərin yekun qərarı ilə qalib adı türkiyəli modelə verilib.

Qeyd edək ki, Divrikli daha əvvəl “Top Model of Türkiye” müsabiqəsində də birinci olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar