Cennifer Lopez  dəbdəbəli alt paltarı   reklamında heyrətə gətirdi
20 mart 2023 12:13 (UTC +04:00)

Cennifer Lopez dəbdəbəli alt paltarı reklamında heyrətə gətirdi

53 yaşlı amerikalı müğənni Cennifer Lopez İtaliyanın brend  alt paltarı “Intimissmi” alt paltarı brendini 2023-cü ilin bahar kampaniyasının səfiri olub.

Lent.az-ın xarici mediaya mediaya istinadən məlumatına görə, şirkət mətbuata açıqlamasında bildirib ki, Cenniferi güclü, özünə inamlı və “müasir seksuallığı” təcəssüm etdirən “İntimissmi” qadınının idealını təcəssüm etdirdiyi üçün seçib.

Cennifer yeni rolunun şərəfinə brend üçün modellik etdiyi alt paltarının bəzi təxribatçı fotolarını yayımlayıb.

Cennifer “İntimissimi” ilə tərəfdaşlığını belə şərh edib: “Mən İtaliyanı sevirəm – insanları, dəbi, mədəniyyəti, yeməkləri və əfsanəvi tarixi. “İntimissimi” kəşf edəndə dərhal onların qiymətli ipəkləri, romantik krujevaları, gözəl kəsimləri və mürəkkəb dizaynları məni cəlb edib. Mən “İntimissimi” qadını olmaqdan qürur duyuram ki, onlar mənə etimad və güc ideyalarına uyğun gələn biri hesab edirlər".

"Öz dərinizdə rahat olmaq və gözəl alt paltarı geyə bilmək sizə özünüzün daha həssas tərəfini yaşamağa imkan verir", - Cennifer deyib.

# 2973
avatar

Oxşar yazılar