2026-cı ilin payızında  dəbdə olacaq   çantalar
22 oktyabr 2026 10:14 (UTC +04:00)

2026-cı ilin payızında dəbdə olacaq çantalar

0

Çanta artıq sadəcə praktik aksessuar deyil. Düzgün seçilmiş model adi görünüşü belə qısa zamanda daha dəbli göstərə bilər. 2026-cı ilin payızında dizaynerlər yalnız bir üslubla kifayətlənməməyi tövsiyə edirlər. Trenddə həm uzunsov minimalist modellər, həm böyük ölçülü çantalar, həm də diqqətçəkən animalistik naxışlar olacaq.

Lent.az bu çantaları təqdim edir:

Böyük çiyin çantaları

2026-cı ilin payızında əsas trendlərdən biri çiyində daşına bilən böyük çantalardır. Onların əsas üstünlüyü geniş və tutumlu olmasıdır. Belə çantalara gün ərzində lazım olan demək olar ki, hər şeyi yerləşdirmək mümkündür: kosmetik vasitələrdən kitab və hətta noutbuka qədər. Böyük ölçülü çantalar praktikliyi dəbli görünüşlə birləşdirir.

Uzunsov minimalist modellər

Uzunsov formalı çantalar artıq sadəcə qısamüddətli trend hesab edilmir və demək olar ki, klassikaya çevrilib. Bu modellər həm gündəlik, həm də axşam obrazlarına uyğun gəlir. Payız mövsümündə qara və qəhvəyi kimi klassik rənglərə üstünlük vermək olar. Aksessuarı obrazın əsas detalına çevirmək istəyənlər isə daha parlaq rəngləri seçə bilərlər.

Aypara formalı çantalar

2026-cı ilin payızında dəbdə olacaq digər model aypara formasındakı çantalardır. Bir neçə il əvvəl çox populyar olan bu model sonradan bir qədər arxa plana keçib. İndi isə bu tendensiya yenidən qayıdır. Aypara formalı çantalar payız mövsümünün ən diqqətçəkən aksessuarlarından birinə çevrilə bilər.

Animalistik naxışlar

Sadə, birrəngli modellər sizə çox klassik görünürsə, bu payız heyvan dərisi naxışlı çantalara diqqət yetirmək olar. Belə aksessuar palto və ya trençlə hazırlanmış görünüşə fərqli və parlaq detal əlavə edə bilər. Balenciaga, The Attico və Valentino müxtəlif animalistik naxışlı modellər təqdim edib. Ən aktual seçimlər arasında klassik leopard naxışı, Bambi üslubu, dalmatin və zebra naxışları yer alır. 2026-cı ilin payızında hudi və svitşotlar da gündəlik qarderobun vacib hissəsi olaraq qalacaq. Oversize modellər, quarter-zip üslubu və parlaq rənglər də trenddə olacaq. Dizaynerlər rahat svitşotları yalnız idman geyimləri ilə deyil, cins şalvar, ətək və klassik qarderob elementləri ilə də uyğunlaşdırmağı təklif edirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar