Ətir saxlamaq üçün ən pis yerlər
06 oktyabr 2025 13:23 (UTC +04:00)

Ətir saxlamaq üçün ən pis yerlər

0

Hətta ən bahalı ətirlər belə, əgər evdə səhv yerdə saxlanılırsa, tez bir zamanda öz qoxusunu və keyfiyyətini itirə bilər. Bir neçə ümumi səhv bu zərif məhsulların tez korlanmasına səbəb olur.

Lent.az bu səhvləri təqdim edir:

Günəş işığı altında saxlamayın

Bir çoxları flakonları pəncərə üstündə saxlayır, amma bu ən təhlükəli yerdir.

Ultrabənövşəyi şüalar ətirdəki aromatik molekulları parçalayır, nəticədə qoxu dəyişir, zəifləyir və bəzən xoşagəlməz notlar yaranır.
 

Qayda: Ətri heç vaxt günəş işığına məruz qalan səthdə saxlamayın.

İstilik mənbələrinin yaxınlığında saxlamayın

Radiator, soba, plitə, istilik ventilyatorları və ya qızan texnika yaxınlığı ətirlər üçün zərərlidir. İstilik kimyəvi reaksiyaları sürətləndirir, ətir tez oksidləşir və rəngi də dəyişə bilər.
 

Qayda: Ətirləri istilikdən uzaq, sabit temperaturlu yerdə saxlayın.

Yüksək rütubətli yerlərdən uzaq tutun

Vanna otağı, lavabo ətrafı, duş yaxınlığı ən pis seçimlərdir. Rütubət ətirdəki mürəkkəb molekulları dağıdır, maye bulanıqlaşa bilər, həm də metal qapaqlar paslana bilər.

Qayda: Ətriyyatı quru və havadar yerdə saxlayın.

Qapağı açıq flakonlar

Ətirin hava ilə təması onun düşmənidir. Qapağı tam bağlanmayan və ya açıq flakonlarda qoxu komponentləri buxarlanır, nəticədə ətir öz intensivliyini itirir.

Qayda: İstifadədən dərhal sonra flakonu möhkəm bağlayın.

Ətir üçün ideal şərait

Ətirləri uzunömürlü saxlamaq üçün mütəxəssislər aşağıdakı şərtləri məsləhət görür:

Qaranlıq, sərin və quru yer (çekmece, komod və ya xüsusi qutu)

Temperatur: +15–20 °C, ani dəyişikliklərsiz

Flakonu həmişə kip bağlamaq

Çoxları bilmir ki, soyuducu maqnitləri kimi metal aksessuarlar və ya elektron cihazların yaxınlığı da ətirlərin strukturuna təsir edə bilər. Həmçinin, parlaq və polad səthlərdə maqnitlər iz və cızıqlar buraxa bilər. Ətirlər canlı kimyəvi kompozisiyalardır onları günəşdən, istilikdən və rütubətdən qoruyun. Beləliklə, sevdiyiniz qoxular uzun müddət öz təmizliyini və dərinliyini saxlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 872

Oxşar yazılar