Kişilərin xoşlamadığı   qadın paltarları
06 oktyabr 2023 09:35 (UTC +04:00)

Kişilərin xoşlamadığı qadın paltarları

Qadınlar birinci növbədə özləri üçün geyindiklərini desə də, kişilərin təriflərini, xoş sözlərini eşitməkdən böyük zövq alırlar. Kişiləri də həmçinin qadınlarda cəlbedən məqamlardan biri geyimlərdir. Ancaq bəzi qadın paltarları var ki, qarşı tərəf onları sevmir. 

Lent.az xəbər verir ki, bu geyimlərdən biri enli dabanlı hündür ayaqqabılardır. Çoxları bunların kişiləri cəlb etdiyini düşünsə də, əksinə onlar daha səliqəli, gözə çarpmayan ayaqqabıları bəyənir. 

İlk görüşdə kişilərdə qadınla bağlı mənfi təəssürat yarada bilən paltarlardan biri də “oversize” geyimlərdir. Çünki belə geyimlər bədən formasının gözəlliyini gizlədir. 

Kişilər ofis geyimlərini də bəyənmir. Ola bilsin bu geyimdə işə gedirsiniz, ama çalışın axşam görüşə bu tərzdə getməyin. 

Kişilərin xoşlamadığı geyimlərdən biri də açıq-saçıq paltarlardır. Hər nə qədər mini, dekolteli geyimli qadınlara baxsalar da, minimalizmin öz sözünü dediyi geyimlərdən xoşu gəlir. Hətta çalışıb ilk görüşə çox dekolteli geyinməmək lazımdır. Bu zaman kişilərin əksəriyyəti qadınların onların diqqətini çəkmək istədiyi üçün belə geyindiklərini düşünür. 
 

# 64356
avatar

Sevinc Fərid

Oxşar yazılar