Gəncəyə nəvəsinin andiçməsinə getdi, itkin düşdü
10 noyabr 2026 16:53 (UTC +04:00)

Gəncəyə nəvəsinin andiçməsinə getdi, itkin düşdü

0

Astara sakini Gəncədə itkin düşüb.

Lent.az xəbər verir ki, Astara rayonu Kakalos kənd sakini olan 84 yaşlı Mirzəcan Hüseynov Gəncədə yerləşən hərbi hissələrdən birinə, nəvəsinin andiçmə mərasiminə gedib.

Mərasimdən sonra isə yaşlı kişidən xəbər alan olmayıb. Onun itkin düşməsi barədə polisə məlumat verilib.

M. Hüseynov itkin düşən zaman qara papaq, gödəkcə, şalvar və qəhvəyi köynək geyinib.

Mirzəcan Hüseynovu görən və ya harada olduğu barədə məlumatı olan şəxslərdən onun oğlu ilə (+994 50) 683 37 23 nömrəsi vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 110

Oxşar yazılar