Türkiyəli müğənni podyuma çıxdı , diqqət mərkəzinə düşdü
10 mart 2026 11:25 (UTC +04:00)

Türkiyəli müğənni podyuma çıxdı, diqqət mərkəzinə düşdü

0

Türkiyəli müğənni Zeynep Bastık Fransanın paytaxtı Paris şəhərində keçirilən Paris Moda Həftəsi çərçivəsində podyuma çıxaraq beynəlxalq moda səhnəsində diqqət çəkib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, müğənni tədbir zamanı təşkil olunan xüsusi podyumda türkiyəli dizayner Tayfun Kaba tərəfindən təqdim edilən ilk hazır geyim kolleksiyasının nümayişində açılışı edən model kimi iştirak edib.

Bastık iki hissədən ibarət, qara və ağ rənglərin klassik zərifliyini əks etdirən geyim tərzi ilə diqqət mərkəzinə düşüb. Hisslərini bölüşən müğənni bu təcrübənin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Güclü qadınlardan ilham alan bir kolleksiyanın parçası olmaq və bunu Parisdə təqdim etmək mənim üçün çox mənalı idi. Moda da musiqi kimi mənim üçün özümü ifadə etdiyim bir sahədir”, - deyə Bastık vurğulayıb.

Paris Moda Həftəsində sosial media müzakirələri

Paris Moda Həftəsində iştirak edən məşhurların geyim tərzi sosial mediada da geniş müzakirələrə səbəb olub. Aktrisa Özge Gürel və aktyor Boran Kuzum tədbirdə seçdikləri kombinlərlə sosial şəbəkələrin diqqət mərkəzinə düşüblər.

Özge Gürelin yaşıl və ağ tonların üstünlük təşkil etdiyi geyimi, Boran Kuzumun isə tünd qəhvəyi çalarların hakim olduğu obrazı sosial mediada ən çox müzakirə olunanlar siyahısına daxil edilib. İstifadəçilər onların stil seçimi ilə bağlı fərqli fikirlər səsləndirərək iki cəbhəyə bölünüblər.

Bir markanın dəvəti ilə tədbirdə iştirak edən məşhurlar həm mətbuatın, həm də tamaşaçıların böyük marağı ilə qarşılanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar