Yaz üçün saç düzümləri: 80-dən bir PARTLAYIŞ
28 mart 2023 16:03 (UTC +04:00)

Yaz üçün saç düzümləri: 80-dən bir PARTLAYIŞ

1980-ci illərdə məşhur olan saç düzümü yenidən dəbdədir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Söhbət "permanent wave" (daimi dalğalı) saçlardan gedir. Bu tendensiya modellər Emili Ratajkovski, Bella Hadidin, həmçinin aktrisalar Nikol Kidman və Keti Holmsun sayəsində yenidən aktuallaşıb.

Stilist Tommy Buckettin sözlərinə görə, bu gün bu saç modelinin yaradılmasında yeni tendensiya üstünlük təşkil edir. Nümunə olaraq o, Kidmanın "İnstagram" səhifəsində yayımladığı fotosunu göstərib. Kadrda məşhur mavi krujeva paltarında pozalar verir. "Bu, mütləq başqa bir şeydir: daha həcmli və boş qıvrımlar, hətta daha çox spiral dalğaya bənzəyir" deyə mütəxəssis izah edib.

Bərbər Louis Paynenin müşahidələrinə görə, son illərdə bir çox qadın buruq saçlara üstünlük verir. “Oyanıb saçınızı bir az silkələyə və zəhmət çəkmədən dəbli görünə bilərsiniz” deyə ekspert qeyd edib.

Emily Ratajkowski, 31

Nicole Kidman with a lose perm

Bella Hadid attends the grand opening of Stanton Social Prime at Caesars Palace

Katie Holmes with a perm

# 2268
avatar

Fidan İlqar

Oxşar yazılar