Yeni paltarları ilk dəfə geyinməzdən əvvəl yumalısınız?
09 dekabr 2025 10:28 (UTC +04:00)

Yeni paltarları ilk dəfə geyinməzdən əvvəl yumalısınız?

0

 

Mağazadan çıxan kimi yeni geyimi üzərinizə keçirməkdən daha xoş hiss varmı? Əlbəttə ki, yox! Lakin bu həyəcanla yanaşı, çoxları sual edir: yeni paltarı ilk dəfə geyinməzdən əvvəl yumaq lazımdırmı?

Lent.az xəbər verir ki, tekstil üzrə mütəxəssislərin fikrincə birbaşa dəri ilə təmasda olan geyimlər ilk dəfədən yuyulmalıdır.

Niyə yeni geyim yuyulmalıdır?

Kornell Universitetinin lif elmi üzrə baş müəllimi Frensis Kozenin sözlərinə görə, ilk dəfə yuma prosesləri zamanında toplanan istehsal kimyəvi maddələrini, artıq boyanı və çirk hissəciklərini aradan qaldırmağa kömək edir. Geyimlər çoxlu mərhələdən keçir, müxtəlif ölkələrə daşınır və “çox əllərdən keçir”.

Fashion Institute of Technologydən Nomi Deyl Klaynmanın sözlərinə görə, tekstil üzərində təsadüfi kimyəvi qalıqlar, formanın qorunması üçün istifadə olunan nişasta maddələri və digər izlər qala bilər.

Əgər geyim mağaza zalında nümayiş olunubsa, onu onlarla insan əlləyib və sınayıb. Araşdırmalar mikrobların, göbələklərin və virusların parçaların üzərində bir neçə gün, hətta bir neçə həftə qala bildiyini göstərir.

Bundan əlavə, ilk yumadan sonra parça daha yumşaq və rahat olur. Xüsusilə də pambıq materiallarda lif gərginliyi azalır.

Hansı geyimləri dərhal yumaq vacib deyil?

Mütəxəssislər qeyd edirlər ki, bəzi istisnalar var. Dəri ilə təmas etməyən və ya yalnız kimyəvi təmizləmə tələb edən geyimlər ilk andaca yuyulmaya bilər. Məsələn, köynəyin üzərinə geyinilən sviterlər.

Yumadan geyinsəniz nə ola bilər?

Əgər dəriniz həssas deyilsə, bəlkə də heç nə hiss etməzsiniz. Amma kimyəvi maddələr və mikroblar bəzi insanlarda qaşıntı, qızarıqlıq, səpgilər və allergik reaksiyalara səbəb ola bilər.

Digər problem isə boyaların axmasıdır. Xüsusilə tünd rəngli paltarlar, məsələn, cinslər rəngini dəriyə, açıq paltarlara və mebeldə iz buraxa bilər.

Yeni geyim necə yuyulmalıdır?

Əvvəlcə etiketə baxın. “Yalnız kimyəvi təmizləmə” yazılıbsa, yumaq geyimi xarab edə bilər.

Mütəxəssislərin məsləhəti: soyuq suda yumaq, aşağı temperaturda qurudmaq və ya təbii şəkildə qurutmaq daha sağlamdır.

Yüksək temperatur rəngin solmasına, parçanın dartılmasına və büzüşməyə səbəb ola bilər.

Yəni yeni paltarı geyinməzdən əvvəl bir dəfə yumaq həm gigiyena, həm də rahatlıq baxımından məntiqli addımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar