İtaliyada 7 seysmoloqa 6 il iş kəsilib
23 oktyabr 2012 07:47 (UTC +04:00)

İtaliyada 7 seysmoloqa 6 il iş kəsilib

İtaliyanın Akvila məhkəməsi 6 ekspert - seysmoloqu və bir məmuru 6 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az-ın Türkiyənin «NTV» telekanalına istinadən məlumatına görə, onlar 2009-cu il aprelin 6-da baş vermiş zəlzələ ilə bağlı siqnalın bir neçə gün öncədən bilsələr də fəlakət risqini ciddi qəbul etməyiblər. Onlar «qərəzsiz qətl»də ittiham olunublar.

Bu 7 nəfərə ömürlük dövlət qurumlarında vəzifə tutmaq yasaqlanıb.

Xatırladaq ki, həmin zəlzələ nəticəsində 309 nəfər həlak olmuşdu.
# 964

Oxşar yazılar