Saytların “qara siyahı”-ya salınması başladı
01 noyabr 2012 12:53 (UTC +04:00)

Saytların “qara siyahı”-ya salınması başladı

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Nəzarət Komitəsi Uşaqların neqativ informasiyalardan müdafiəsi haqqında qanuna uyğun olaraq artıq bu sahədə ona verilən səlahiyyəti gerçəkləşdirir.

Qanuna əsasən Rusiya Nəzarət Komitəsi məhkəmənin qərarı olmadan saytlardan pornoqrafiya, narkomaniyanın, zorakılığın və intiharın təbliği ilə bağlı informasiyaları çıxaracaq. Komitədə xüsusi şikayət kitabı var və bu kitab “zapret-info.gov.az” saytında yerləşdirilib. Artıq onlayn formada 8 müraciət daxil olub. Hər müraciətə baxılması 4 gün çəkəcək. Rusiya Nəzarət Komitəsinin Rusiya İstehlaka Nəzarət Xidməti ilə birgə apardığı araşdırma nəticəsində müraciətdə qeyd edilən saytda qadağan edilmiş informasiyanın yerləşdiyi təsdiqini taparsa, həmin saytın domeninin bloka salınması barədə qərar veriləcək.
# 1208

Oxşar yazılar