Deputatlığa namizədin qol-qabırğasını sındırıblar
03 noyabr 2012 06:23 (UTC +04:00)

Deputatlığa namizədin qol-qabırğasını sındırıblar

Müxalif keçmiş baş nazir, məhbus Yuliya Timoşenkonun «Batkivşina» partiyasından Ukrayna parlamentinə namizəd, hazırkı deputat Sergey Terexinin qabırğasını, barmaqlarını Kiyev seçki dairəsindəki dava-dalaş zamanı sındırıblar.

Lent.az-ın «İnterfaks»a istinadən məlumatına görə, səslərin sayılması zamanı dava-dalaş düşüb. Milis baş verənlərlə bağlı məlumatsız olduğunu söyləyib.

Məlumata əsasən, davada «Batkivişina» ilə yanaşı, «Regionlar Partiyası»ndan olan deputatlar da iştirak edib.

S.Terexin xəstəxanadadır. Müxalifətin sözlərinə görə, «Berkut» özəl təyinatlı dəstə seçki komissiyasınını yerləşdiyi binadadır. Səslərin sayılması isə «qapalı müşahidə rejimində» həyata keçirilib.
# 1341

Oxşar yazılar